"Qəbələ"nin yeni baş məşqçisi açıqlandı - RƏSMİ

13:08 - 16 Sentyabr 2026

"Qəbələ"nin yeni baş məşqçisinin adı açıqlanıb.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi şimali makedoniyalı mütəxəssis Yeton Bekiri ilə 1+2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı məşqçi son olaraq "Şkendiya"da işləyib.

O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis” (Albaniya) klublarının baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.

Yeton Bekiri 2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub. Qeyd edək ki, yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq

Xəbər xətti