Azərbaycan Olimpiadada Mərakeş və Qvatemalaya qarşı mübarizəyə başlayır

17:58 - 16 Sentyabr 2026

Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə 46-cı Ümumdünya Şahmat Olimpiadası başlayır. 

Sportal.az xəbər verir ki, kişilərdən ibarət milliyə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli dəvət olunub. Qadın komandasının heyətində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədov çıxış edəcək. 

Mötəbər yarışın 1-ci turunda püşkə əsasən kişilərdən ibarət Azərbaycan milli komandası Mərakeşlə, qadınlardan ibarət yığmamız isə Qvatemala şahmatçılarıyla mübarizə aparacaq. İlk turda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcək. 

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Olimpiadada 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.

Xəbər xətti