"Real"ın üç futbolçusu siyasi qalmaqalın mərkəzində

19:35 - 16 Sentyabr 2026

"Real"ın üç futbolçusu La Liqanın 6-cı turunun "Elçe" ilə matçından əvvəl siyasi müzakirələrin mərkəzində düşüb.

Sportal.az xəbər verir ki, söhbət Kilian Mbappe, Vinisius Junior və İbrahima Konatedən gedir.

​Matç başlamazdan əvvəl "Real"ın oyunçuları son vaxtlar Mərakeşdən miqrant axını ilə üzləşən İspaniyanın Seuta şəhərinin sakinlərini dəstəkləyən yazı olan köynəklərdə meydana çıxıblar. Mbappe, Vinisius və Konate köynəkləri elə geyiniblərsə ki, yazı tam görünməyib. Bundan sonra onlar start fitindən əvvəl həmin köynəkləri ilk çıxaranlar olublar.

​Bu addım futbolçuların qeyri-qanuni miqrasiya probleminə münasibəti ilə bağlı müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə oyunçuların ünvanına qeyri-qanuni miqrasiyanı dəstəklədiklərinə dair ittihamlar səslənib.

Qeyd edək ki, son günlər Seutaa şəhərinə 70 minə yaxın mərakeşli miqrant axın edib.

Xəbər xətti