“Mançester Siti”nin texniki direktoru Uqo Viana bu yay yarımmüdafiəçi Enzo Fernandesin və digər yeni futbolçuların transferi barədə danışıb.
Sportal.az xəbər verir ki, Viana klubun mediası üçün hazırlanan videoda bunları qeyd edib:
“Unutmamalıyıq ki, yarımmüdafiədə Rodri və Bernardo Silva kimi çox vacib futbolçuları itirmişik. Burada təkcə oyun keyfiyyəti deyil, həm də Enzoda olan xarakter və mentalitet önəmlidir.
Mareska onunla “Çelsi”də işləyib və onu çox yaxşı tanıyır, amma biz özümüz də əminik ki, Enzo oyun zamanı komandaya böyük töhfə verə bilər. O, cəmi üç həftədir “Mançester Siti”dədir, amma elə təsir bağışlayır ki, sanki artıq bir-iki ildir buradadır.
Məhz belə mentalitetə sahib futbolçu axtarırdıq. Çünki Rodri və Bernardo son onillikdə çox mühüm rol oynayıblar. Hamımız inanırıq ki, Enzo, Buaddi və Anderson da Rodri və Bernardo qədər önəmli fiqurlara çevrilə bilərlər..."
saytlarin hazirlanmasi
