“Neftçi”nin avrokubok matçının biletləri satışa çıxarıldı

22:46 - 16 Sentyabr 2026

Azərbaycanın “Neftçi” basketbol klubunun Avropa Kubokunun təsnifat mərhələsində keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Sportal.az xəbər verir ki, “Neftçi” sentyabrın 23-də Estoniyanın “Parnu” klubu ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da başlayacaq. Cavab oyunu sentyabrın 30-da baş tutacaq.

Bu cütün qalibi turnirin əsas mərhələsinə vəsiqə qazanacaq və H qrupunda Rumıniyanın “Oradya”, İsveçrənin “Friburq Olimpiç”, Latviyanın VEF, Yunanıstanın “Mikonos” və Bolqarıstanın Plovdiv “Lokomotiv” komandaları ilə mübarizə aparacaq.

Xəbər xətti