Premyer Liqa nəhəngləri niderlandlı hücumçu ilə maraqlanır

17:06 - 17 Sentyabr 2026

Doniell Malen "Roma"nı İngiltərə Premyer Liqasının nəhənglərindən biri ilə dəyişə bilər.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat verir.

Niderlandlı futbolçunun çıxışlarını "Mançester Siti", "Arsenal" və "Çelsi" diqqətlə izləyirlər. İtaliya klubu 27 yaşlı forvardı 60-65 milyon avro qiymətləndirir və onu yanvarda satmaq variantını nəzərdən keçirə bilər.

Qeyd edək ki, Doniell Malen cari mövsümdə ​A Seriyasında 4 matçda iştirak edib və 6 qol vurub. ​Niderlandlı hücumçu ilə "Roma" arasında mövcud müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

Xəbər xətti