Marko Yankoviç mövsümə daha enerjili başlayıb - Monteneqro mətbuatı

12:22 - 17 Sentyabr 2026

Monteneqro mətbuatı Millətlər Liqasının qarşıdan gələn oyunları üçün milli komandanı gücləndirə biləcək yarımmüdafiəçilər müzakirə edilərkən, “Qarabağ”ın üzvü Marko Yankoviçdən də bəhs edilib.

Sportal.az xəbər verir ki, “Vijesti.me” portalı Ağdam klubunun üzvü barədə bunları yazıb:

"Vuçiniçin yarımmüdafiədə iki vunderkindi var və hər ikisi Fransa və İtaliyada böyük uğurlar qazanır. Monteneqroda son iki ildə xroniki olaraq belə oyunçular çatışmır. Bunlar Andriya Bulatoviç və Vasili Adjiçdir. Son bir neçə gündə onlar haqqında çox şey yazılıb və onlar Monteneqro millisinin gələcəyi ola bilər - baxmayaraq ki, hər ikisi hələ çox gəncdir.
Lakin Marko Yankoviç var. O, daha təcrübəlidir. Marko mövsümə "Qarabağ"ın "Sabah"a uduzduğu Azərbaycan çempionluğunu geri qaytarmaq üçün lazım olan enerji ilə başlayıb".
 

Xəbər xətti