İspaniya çempionatının altıncı turu çərçivəsində "Barselona" "Rasinq" üzərində 7:2 hesablı qələbə qazanıb.
Sportal.az xəbər verir ki, "göy-qırmızıların" baş məşqçisi Hans-Diter Flik üçün bu qələbə komandanın sükanı arxasında keçirdiyi 124-cü qarşılaşmada 95-cisi olub. Komanda alman mütəxəssis rəhbərliyi altında matçların 77 faizini qazanıb.
"Stats Foot" portalının məlumatına görə, bu, XXI əsrdə Kataloniya təmsilçisinin çalışdırıcıları arasında ən yaxşı göstəricidir. Bu göstərici üzrə Flik 76% qələbə əmsalı olan ispaniyalı məşqçi Luis Enrikeni qabaqlayıb.
Flik "Barselona"ya 2024-cü ilin yayında başçılıq etməyə başlayıb. Mütəxəssislə klub arasındakı müqavilə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.
saytlarin hazirlanmasi
