Bundesliqa tarixində 100 qola ən tez çatan futbolçu - 98 matça

00:28 - 19 Sentyabr 2026

“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqa rekordu müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, İngiltərə millisinin kapitanı çempionatın 4-cü turunda “Union”la oyunda (7:0) penaltini dəqiq yerinə yetirib. Bu, onun turnirdə 100-cü qolu olub.

İngilis futbolçu Bundesliqada 100 qola tarixdə ən tez çatan oyunçu olub – buna cəmi 98 oyun lazım gəlib. Əvvəlki rekord “Köln”də çıxış etmiş Diter Müllərə məxsus idi – 129 oyun.

Xəbər xətti