"Çelsi"nin hücumçusu zədələndi - Braziliya millisindən kənarlaşddırıldı

21:55 - 17 Sentyabr 2026

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Joaao Pedro sıradan çıxıb.

Braziliyalı forvard Premyer Liqanın 4-cü turunun "Hall Siti" ilə matçında dizindən (2:2) zədələnib. 24 yaşlı forvard 3-4 həftə yaşıl  meydanlardan uzaq qalacaq. O, zədə səbəbindən Braziliya millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Joao Pedro cari mövsümdə "Çelsi"nin heyətində meydana çıxdığı 5 rəsmi matçda  3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti