Kurban Berdiyev: "Hakim hər iki tərəfə eyni dərəcədə yanaşırsa, onda normaldır"

20:14 - 19 Sentyabr 2026

"Turan Tovuz" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Zirə"ni 1:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Uşaqlara əzmkarlıqlarına görə təşəkkürümü bildirdim. Allaha da təşəkkür edirəm ki, futbolçulara kömək oldu və azarkeşlərə qələbə sevinci bəxş etdik.

- Sizin futbol fəlsəfənizə görə hakim sərt oyuna imkan verməlidir?

- Əgər hər iki tərəfə eyni dərəcədə yanaşılırsa, onda normaldır.

- Rəşad Sadıqov bildirdi ki, aut atışı zamanı bizə qarşı ədalətsizlik oldu. Bununla bağlı fikriniz necədir?

- "Turan Tovuz"un epizodu ilə bağlı heç nə demədi? Ruan Renato Jo Batistanı itələyəndə ikinci sarı vərəqə düşmürdü? Gəlin, oyun haqda danışaq.

Xəbər xətti