Kəpəz" milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranacaq fasilədə 2 yoxlama matçı keçirəcək.
Sportal.az xəbər verir ki, "sarı-göylər" Azərbaycanın U-19 yığması və I Liqa təmsilçisi "Gəncəbasar"la üz-üzə gələcək.
Hər iki görüş oktyabrın 2-də baş tutacaq. İlk oyun saat 12:00, ikinci qarşılaşma isə 17:00-da başlayacaq.
Məşqçi korpusu eyni gündə bütün futbolçuların oyununu izləmək üçün heyəti iki hissəyə ayıracaq. Hər iki matç Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında baş tutacaq
saytlarin hazirlanmasi
