"Arsenal" "Atletiko" və "İnter" ilə birlikdə Kriştian Romeronun transferi uğrunda mübarizəyə qoşulub.
Sportal.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" rəhbərliyi “Arsenal”ın müdafiəçi ilə maraqlandığından xəbərsizdir və futbolçunu Şimali London derbisindəki əsas rəqibinə satmaq niyyətində deyil. Buna görə də Romeronun “Arsenal”a keçid ehtimalı aşağı qiymətləndirilir.
Bu arada, “İnter” artıq “Tottenhem”lə 40 milyon avro məbləğində transfer üzrə şifahi razılıq əldə etsə də, argentinalı futbolçunun özü ilə şəxsi müqavilə şərtlərini hələ razılaşdıra bilməyib.
Kristian Romero ötən mövsüm Premyer Liqada 23 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
