"Sampdoriya" əsas komandasına cəlb edilmiş və yeni mövsümün hazırlıqlarını məhz bu kollektivlə edən Lorenzo Mezzotero Sportal.az saytına açıqlama verib.
U-21 yığma komandamızın forvardı İtaliya B seriyasında bu mövsüm debüt etmək istədiyini bildirib.
Bununla yanaşı,komandanın baş məşqçisi Bernardo Korradi ilə münasibətindən bəhs edib:
"Hazırlıqlarımız davam edir, hər şey qaydasındadır. Əsas komandanın heyətində iki yoxlama görüşündə meydana çıxmışam. Son matçı da "Kalyari"yə qarşı idi. Məndə də hər şey yaxşıdır. Əlimdən gələni edirəm, özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Bəli, Korradi ilə danışırıq, o, çox yaxşı insandır. Onunla çox yaxşı münasibətim var. Həm o, həm də komanda yoldaşlarım da mənim inkişafıma kömək edirlər. Əsas komandada yeni mövsüm oynamağa gəlincə, inanıram ki, hər şey yaxşı alınacaq. B seriyasında oynamaq şansım olacaqsa, buna daim hazıram".
Mirbağırağa
saytlarin hazirlanmasi
