Yığma komandamızın forvardı İtaliya millisində? – özü cavabladı

13:47 - 21 Sentyabr 2026

Son vaxtlar Azərbaycanın U-21 yığmasının və "Sampdoriya"nın hücumçusu Lorenzo Mezzoteronun İtaliya Futbol Federasiyası tərəfindən U-21 yığmasına dəvət ediləcəyi haqda xəbərlər dolaşır.

Belə ki, Genuya təmsilçisinin heyətində B seriyasında oynamağa başlayan 18 yaşlı forvardın İtaliyanın U-21 yığmasında oynamaq ehtimalı olduğu bildirilir.

Bu barədə gənc hücumçu Sportal.az saytına qısa açıqlama veriib.

O, məsələdən xəbərsiz olduğunu söyləyib: "Bu barədə heç nə bilmirəm və heç bir şərhim yoxdur".

Qeyd edək ki, "Sampdoriya"nın U-19 komandasının kapitanı, əsas komandanın isə forvardı olan Lorenzo artıq U-21 yığmamızda formas geyinib.

Xəbər xətti