Türkiyənin Superliqa təmsilçisi "Eyüpspor"da baş məşqçi istefası yaşanıb.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özhan Palut Superliqanın 6-cı turunda "Fənərbaxça"ya 0:8 hesablı məğlubiyyətdən sonra postunda qalmaq istəməyib.
Klub rəhbərliyi Palutun istefasını qəbul edib.
"Eyüpspor" 6 turdan sonra 3 xalla sonuncu pillədədir.
41 yaşlı mütəxəssis “Hatayspor”, “Adanaspor” klublarında da işləyib.
saytlarin hazirlanmasi
