Fransa millisinin müdafiəçisi PSJ-yə keçir

11:16 - 7 Avqust 2026

PSJ İngiltərənin "Çelsi" klubunda çıxış edən sağ cinah müdafiəçisi Malo Qustonu transfer etmək imkanını nəzərdən keçirir. 

Sportal.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Zadəganlar” 23 yaşlı Fransa millisinin üzvü üçün 75 milyon funt sterlinq (təxminən 88 milyon avro) təzminat tələb edir. Futbolçunun xidmətində maraqlı olan klublardan biri də "Mançester Siti"dir. Lakin "şəhərlilər"in rəhbərliyi bu məbləği ödəməyə hazır deyil.

Malo Qusto 2025/2026 mövsümündə "Çelsi"nin heyətində 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı müdafiəçinin transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Fransa millisinin heyətində çıxış edən Güsto isə 2026-cı il dünya çempionatında yarımfinal mərhələsinə qədər irəliləyib.
 

Xəbər xətti