"Turan Tovuz" - "Fənərbaxça" matçının biletlərini necə əldə etmək olar? - qiymətlər bəlli deyil

00:09 - 22 Sentyabr 2026

Sabah “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” komandaları arasında keçiriləcək yoldaşlıq futbol matçına biletlər satışa çıxarılacaq.

Sportal.az xəbər verir ki, biletlər saat 11:00-dan etibarən “BirBilet”in saytında satışda olacaq. Biletlərin qiymətləri açıqlanmayıb.

Xatırladaq ki, oyun oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Xəbər xətti