“Mingəçevir”in sabiq baş məşqçisi Ədahim Niftəliyev doğma şəhəriniin komandasına görə narahatdır.
Sportal.az xəbər verir ki, o, futbolinfo.az saytına açıqlamasında bu barədə danışıb.
Klubda işlədiyi dönəmdən də danışan veteran müdafiəçi I Liqada oyun alqı-satqısı ilə bağlı problemləri qabardıb: “Mən şəxsən gördüyümü gördüm, oradan iyrənib çıxdım. Rəhbərliyə deyirdim ki, bu oyundan şübhələnirəm, soruşurdular ki, “sübutun var”. Axırda ərizə yazıb çıxdım. Nə qədər adamı tutub apardılar. Hələ orada nə qədər də adam var. Həmin siyahı AFFA-da var, kimlərin nə işlə məşğul olduğunu bilirlər. Nə vaxt vaxtları çatacaq, onu da mən bilmirəm. İndi “Mingəçevir”i elə hala gətiriblər ki, heç onların adını çəkmək istəmirəm. Bu komandanın adı UEFA-nın “qara siyahısı”nda gedir. Utancvericidir! Fikrimcə, heç Adnan Əhmədzadənin dövründə də heç nə olmadı. Amma bu haqda Füzuli Məmmədov nəsə deyə bilər, o vaxt klubda o çalışırdı. Mən bu komandanı “ağ vərəq”də Azərbaycan Premyer Liqasında görmək istəyirəm. I Liqa “Mingəçevir”ə yaraşmır. 2016-cı ildən bu komandanın üzərindən ləkə götürülməyib. Eşitdiyimə görə, bu klub avrokuboklara getsə, “Turan Tovuz”un başına gətirilənləri onlara da yaşadacaqlar. İndidən UEFA-ya məktub yazmaq lazımdır ki, rəhbərlik dəyişdirilib, bunu nəzərə alsınlar. Amma hələ də içəridə qalanlar var”.
saytlarin hazirlanmasi
