İngiltərə milli komandasının heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, 5 futbolçu zədə səbəbindən düşərgəni tərk edib.
Bunlar Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Kobbi Meynu, Markus Reşford (hər ikisi "Mançester Yunayted") və Tino Livramentodur ("Nyukasl"). Adı çəkilən oyunçular Millətlər Liqası oyunlarında komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, İngiltərə seçməsi İspaniya (26 sentyabr), Çexiya (29 sentyabr) və Xorvatiya (3-6 oktyabr) ilə üz-üzə gələcək.
saytlarin hazirlanmasi
