"Turan Tovuz" - "Fənərbaxça" matçının vaxtı açıqlandı

20:38 - 21 Sentyabr 2026

“Turan Tovuz” və Türkiyənin “Fənərbağça” komandaları arasında keçiriləcək yoldaşlıq oyununun başlama saatı açıqlanıb.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 3-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın start fiti saat 20:00-da səslənəcək.

Qarşılaşmanın biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Xəbər xətti