Millimizin üzvünün komandasından növbəti qələbə - VİDEO

15:47 - 22 Sentyabr 2026

Rumıniya çempionatında 10-cu turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, heyətində Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun da yer aldığı "Petrolul" evdə "Merkurya-Çuk”la qarşılaşıb.

Matç ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatdı. Hüseynov bütün matçı ehtiyat oyunçular skamyasında keçirib. 

"Petrolul" hazırda 19 xalla dördüncü yerdədir.

Xəbər xətti