Murad Məmmədov oynadı, "Pafos" udduzdu

12:30 - 7 Avqust 2026

UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib.

Sportal.az Azərbaycanın U-21 millisinin üzvü Murad Məmmədovun formasını geyindiyi "Pafos" Avstriyada "Zaltsburq"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Murad da bu matçda iştirak edib. 20 yaşlı vinger 80-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 13-də Kiprdə baş tutacaq.

Xəbər xətti