Kriştian Romero “Atletiko”ya keçməkdə qərarlıdır.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, argentinalı müdafiəçi artıq ikinci dəfədir ki, Madrid klubuna məhz onların heyətinə keçəcəyinə söz verib. İlk dəfə bunu bir il əvvəl etmişdi. Hazırda Romero transferin rəsmiləşməsini gözləyir.
"Atletiko" "Tottenhem" ilə danışıqları davam etdirir və bu dəfə razılığa gəlməyin vacib olduğuna əmindir.
Qeyd edək ki, son saatlarda "Barselona" da transfer prosesinə müdaxilə etməyə çalışıb, lakin bu cəhd uğursuz olub.
saytlarin hazirlanmasi
