"Roma" yarımmüdafiəçi Lorentso Pelleqrininin müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Paytaxt klubu İtaliya milli komandasının üzvü ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Lorentso Pelleqrini "Roma"nın yetirməsidir. 30 yaşlı hücumameyilli yarımmüdafiəçi 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
