Meksika millisinin üzvü İrvinq Lozano karyerasını MLS-də davam etdirəcək.
Sportal.az xəbər verir ki, o, “Los-Anceles Qalaksi” ilə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı vinger dekabrın sonuna qədər həmin komandada oynayacaq. Onun “San-Dieqo” ilə müqavilə müddətinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli futbolçu “Paçuka”, PSV, “Napoli” klublarında oynamışdı.
saytlarin hazirlanmasi
