Braziliya millisinin müdafiəçisi A Seriyası klubunda

16:16 - 7 Avqust 2026

"Borussiya"nın müdafiəçisi İan Koutu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Komo" braziliyalı futbolçunu 2 milyon avro qarşılığında icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Koutu 2026/27 mövsümündə İtaliya klubunun formasını geyinəcək. Klublar arasındakı anlaşmada 20 milyon avroluq satınalma bəndi yer alıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan İan Koutu ötən mövsüm Dortmund təmsilçisinin heyətində 27 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti