"Kəpəz" klubu Azərbaycan millisinin sabiq futbolçusu Namik Ələskərovu heyətinə qatmaq istəyir.
Sportal.az Sport24.az-a istinadən xəbər verir ki, Gəncə təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparır.
"Sarı-göylər" "Zirə"dən ayrılan futbolçunu transferə razı salmağa çalışır.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi 2015/2016 mövsümündə də Gəncə klubunun formasını geyinib.
Ələskərov 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında cəmi 10 oyunda meydana çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
