Herri Keyn “Bavariya”da daha üç il qala bilər.
Sportal.az xəbər verir ki, İngiltərə millisinin hücumçusunun Almaniya klubu ilə müqaviləsini 2029-cu ilin yayına qədər uzatması gözlənilir. Danışıqlar gələn həftə başlayacaq.
33 yaşlı futbolçunun maaşında ciddi dəyişiklik nəzərdə tutulmur. Hazırda Keyn 21,5 milyon funt-sterlinq (25 milyon avro) maaş alır və "Bavariya"da ən yüksək maaş alan iki futbolçudan biridir. Digər futbolçu isə Camal Musialadır.
Keynin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
saytlarin hazirlanmasi
