"Təəssüf ki, Azərbaycanda qalmaq alınmadı, amma bunu çox istəyirdim"

18:21 - 9 Avqust 2026

Uzun illər Azərbaycanda oynamış, hazırda Tailandın "Banqkok Yunayted" klubunda çıxış edən Felipe Santos Sportal.az saytına açıqlama verib.

Benin millisinin üzvü olan vinger Azərbaycanda qalmaq istəyib:

"Yeni çağırışdan çox məmnunam. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Uzun illər Azərbaycanda oynadım. Həqiqətən inanılmaz illər idi. Təəssüf ki, Azərbaycanda qalmaq alınmadı, amma bunu çox istəyirdim. Azərbaycan klub məşqçilərinin bəzilərinin düşüncə tərzi doğru deyil. Çünki onlar artıq ölkədə uyğunlaşmış və uğurlu olan oyunçulara dəyər vermirlər. Azərbaycanda keçirdiyim vaxta görə hamıya minnətdaram. İndi Taylandda oynayram. Burada da ən yaxşısını verməyə çalışacam. Necə ki, bunu Azərbaycanda edirdim".

Mirbağırağa

Xəbər xətti