"Zaqatala" 6 futbolçu ilə müqavilə imzaladı

17:24 - 9 Avqust 2026

“Zaqatala” yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi 6 futbolçu ilə yeni müqavilə imzalayıb.

Klub Davud Şabanov, İbrahim Məmmədov, Sərxan Abdullayev, Qəşəm Məmmədov, Davud Mahmudov və Turgut Mustafazadə ilə anlaşmanı yeniləyib.

Bundan başqa, seleksiya zamanı 15 yaşlı Hacı Şabanov əsas komandaya cəlb olunub.

Xəbər xətti