Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli bəlli olub.
Sportal.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
14 avqust (cümə)
“Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
“Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu, 18:30
“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 20:45
16 avqust (bazar)
“Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena”, 19:00
“Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu, 21:00
17 avqust (bazar ertəsi)
“Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu, 19:30
