"Tottenhem"in israilli futbolçusu "Vest Hem"də - RƏSMİ

23:12 - 10 Avqust 2026

Manor Solomon “Tottenhem”dən “Vest Hem”ə keçib.

Sportal.az xəbər verir ki, “Vest Hem" 27 yaşlı vingerin transferini və onunla 3 illik müqavilə imzalandığını açıqlayıb. Müqavilədə daha 1 mövsüm uzatma opsiyası da yer alır.

Daha əvvəl bildirildiyi kimi, transferin əsas məbləği 5 milyon funt-sterlinq təşkil edib. “Tottenhem” əlavə olaraq 2 milyon funt-sterlinq bonus da əldə edə bilər.

Qeyd edək ki, ötən mövsüm Solomon icarə əsasında “Vilyarreal” və “Fiorentina”da çıxış edib.

Xəbər xətti