"Fənərbaxça"nın oyunu canlı yayımlanacaq

17:17 - 11 Avqust 2026

"Fənərbaxça" UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Avstriyada "Şturm Qrats"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, qarşılaşma Azərbaycanda da canlı yayımlanacaq. Matç  TVNET-də "Sport TV" vasitəsilə nümayiş etdiriləcək.

Qeyd edək ki, "Şturm Qrats" - "Fənərbaxça" qarşılaşması bu gecə Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. Komandalar arasında İstanbulda baş tutan ilk oyun "Fənərbaxça"nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbər xətti