Braziliyalı "Real"da qalacaq

14:22 - 11 Avqust 2026

"Real" və Braziliya millisinin hücumçusu Endrik yay transfer pəncərəsində Madrid klubundan ayrılmayacaq.

Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubunun rəhbərliyi oyunçunu və onun agentlərini Hendrikin 2026/2027 mövsümündə komandanın oyunları üçün heyətdə qalması qərarı ilə bağlı məlumatlandırıb. 

Komandanın baş məşqçisi Joze Mourinyo da bu qərarı təsdiqləyib.

Endrik 2025/2026 mövsümünün ikinci yarısını icarə əsasında Fransanın "Lion" klubunda keçirmiş və bütün yarışlarda 21 oyunda səkkiz qol vurub, 8 məhsuldar ötürmə etmişdi. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.
 

Xəbər xətti