"Monako" Poqba ilə olan müqaviləni ləğv edəcək

22:12 - 11 Avqust 2026

Poul Poqba daha “Monako”da çıxış etməyəcək.

Sportal.az xəbər verir ki, "Monako" yarımmüdafiəçi ilə müqaviləni ləğv edəcək. Klubun bu qərarı futbolçunun məşq toplanışında bud nahiyəsindən zədə almasından əvvəl qəbul etdiyi bildirilir.

Gözlənilir ki, Liqa 1 təmsilçisi 33 yaşlı futbolçuya müqavilənin sonuna qədər qalan bütün aylar üzrə maaşını ödəyəcək. Poqbanın hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.

Poqba “Monako”nun heyətində Fransa çempionatında 6 oyun keçirib və heç bir məhsuldar hərəkətlə yadda qalmayıb.

Xəbər xətti