"Köln"ün Said El Mala Bundesliqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Borussiya" El Mala ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Dortmundlular 19 yaşlı oyunçu üçün onun klubuna 55 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Said El Mala 2024-cü ilin yayından "Köln"də çıxış edir. Almaniya U-21 millisinin üzvü 2025/26 mövsümündə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
