"Fənərbaxça" Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı - rəqib də bəllidir

00:48 - 12 Avqust 2026

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportal.az xəbər verir ki, ilk oyunda 2:0 hesabı ilə qalib gələn "Fənərbaxça"  səfərdə "Şturm"la üz-üzə gəlib. Bu matçda da minimal hesablı qalibiyyət qazanan İstanbul nəhəngi pley-off mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Fənərbaxça" pley-off mərhələsində "Lion" klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi (cavab oyunları)

22:30 – “Şturm” (Avstriya) – “Fənərbaxça” (Türkiyə) 0:1 (İlk oyun: 0:2)

Qol: A.Talişka, 66 (pen)

Xəbər xətti