"Mançester Siti"nin vingeri "Tottenhem"ə keçir

15:34 - 13 Avqust 2026

"Mançester Siti"nin vingeri Savinyo "Tottenhem"ə keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, London klubu razılaşmanı yaxın günlərdə yekunlaşdırmağı hədəfləyir.

Paytaxt təmsilçisini Mançester klubunun maliyyə tələblərini ödəməyə hazırdır. Transfer məbləğinin 70 milyon funt sterlinqi ötəcəyi gözlənilir.

​Savinyonun özü çoxdandır "Tottenhem"ə keçmək istəyir. Lakin "Mançester Siti" rəhbərliyi onun satışına razılıq verməzdən əvvəl braziliyalıya əvəzləyici tapmaq niyyətindədir.

​22 yaşlı futbolçu 2025/26 mövsümündə "şəhərlilər"in heyətində bütün turnirlərdə keçirdiyi 36 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti