"Sumqayıt" yarımmüdafiəçisini komandada saxladı

20:16 - 13 Avqust 2026

“Sumqayıt” 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirir.

Sportal.az xəbər verir ki, klub yarımmüdafiəçisi Ronaldo Vaskez ilə müqaviləni 1+1 il şərti ilə yeniləyib. Bu barədə klub məlumat yayıb.

Qeyd edək ki, 2025-ci ildən Sumqayıt təmsilçisinin heyətində çıxış edən Ronaldo Vaskez 46 oyunda forma geyinib. Dominikan Respublikası millisinin oyunçusu həmin qarşılaşmalarda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti