Ötən mövsümü “Şəfa”nı I Liqada çempion edərək, Premyer Liqaya daşıyan Elgiz Kərəmlinin yığma komandada çalışacağı gözlənilir.
Belə ki, gənc məşqçiyə AFFA-dan təklif gəlib. Onun U-19 yığmasına baş məşqçi təyin ediləcəyi ehtimal olunur.
Sportal.az saytına açıqlama verən Kərəmli AFFA-dan təklif aldığını deyib:
"Təbii ki, mən daim işləməyə hazıram. AFFA ilə danışığımız olub. Lakin indidən bir söz deyə bilmərəm. Mən indi sadəcə onlardan xəbər gözləyirəm. Sağ olsunlar, guvənib və dəyərləndiriblər. Yenilik olarsa, birlikdə görəcəyik".
Mirbağırağa
