"Hapoel"in "Sabah"la oyun üçün planı

18:52 - 15 Avqust 2026

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel" (Beer-Şeva) bu gün İsrail Toto Kubokunda “Hapoel Hayfa” ilə qarşılaşacaq.

Sportal.az xəbər verir ki, baş məşqçi Ran Kojux Azərbaycan çempionu ilə oyunu nəzərə alaraq heyətdə ciddi rotasiyalar edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.

Mütəxəssis III təsnifat mərhələsinin “Srvena Zvezda” ilə cavab matçında (2:0) start heyətində meydana çıxan futbolçuların əksəriyyətinə istirahət veriləcək. Kojux kubok görüşündə az oynayan oyunçulara şans verəcək.

Qeyd edək ki, "Sabah"la "Hapoel" arasındakı ilk qarşılaşma avqustun 19-u Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq. Cavab oyunu isə ayın 25-də "Bank Respublika Arena"da keçiriləcək.

Xəbər xətti