İspaniyanın "Atletiko" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Tottenhem"dən Kristian Romeronu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Atletiko" argengtinalı futbolçu üçün İngiltərə klubuna 40 milyon avro təzminat ödəyib. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Tottenhem" Kristian Romeronu 2021-ci ilin yayında "Atalanta"dan transfer edib. Argentina millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
