Davide Frattesi “Inter”dən “Latsio”ya keçib.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında Roma klubunda çıxış edəcək. Müqavilədə satınalma opsiyası da nəzərdə tutulub. "Inter” icarə üçün 5 milyon avro alacaq. Frattesi “Latsio”da qalıcı olaraq qalarsa, Milan klubu daha 10 milyon avro əldə edəcək.
Bundan əlavə, “Inter” futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 50%-nə iddia edə biləcək.
Qeyd edək ki, Frattesi ötən mövsüm A Seriyasında 22 oyunda iştirak edib və heç bir qol və ya assistlə yadda qalmayıb.
saytlarin hazirlanmasi
