"Qarabağ"ın müdafiəçisi Bençe Varkonyi Sportal.az saytına açıqlama verib.
Macar müdafiəçi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin Bakıda "Dinamo” (Kiyev) üzərində qazanılmış qalibiyyət haqda fikirlərini bildirib:
"Planımız oyuna nəzarət etmək və qalib gəlmək idi. Bütün epizodlardan yararlana bilməsək də, yenə də qalib gələ bildik. Oyun 90 dəqiqə davam edir və səhvlər olur. "Dinamo" da güclü rəqibdir. Biz inamla oynamağa çalışdıq və qapıçımız yaxşı qurtarışlar etdi. Bəli, səhvlər oldu, amma əsas odur ki, irəlilədik və bu səhvlər üzərində işləyəcəyik”.
O, komandasının Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda qarşılaşacağı “Tvente” haqda da danışıb: "Əvvəlcə bu qələbənin dadını çıxaraq. Hələ Premyer Liqanın açılış turu var. Bu matça hazırlaşacağıq və sonra Konfrans Liqasındakı rəqiblərimizi təhlil edəcəyik. Həm müdafiədə, həm də hücumda oyunumuzda inkişaf etdirməli olduğumuz çox şey var. Əvvəllər üç matçda qol vurmamışdıq, amma xoşbəxtlikdən Kiyevə qarşı iki qol vurduq. Bunun üzərində çalışacağıq".
Mirbağırağa
saytlarin hazirlanmasi
