"Milan" heyətini yeni futbolçu ilə gücləndirəcək.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi "Strasbur"da çıxış edən Dieqo Moreyranın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Milan" belçikalı yarımmüdafiəçi üçün Fransa klubuna 50 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, "Strasbur" Dieqo Moreyranı 2024-cü ilin yayında "Çelsi"dən 8,5 milyon avroya transfer edib. Belçika millisinin üzvü olan 22 yaşlı oyunçu 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
