Bu gün Misli Premyer Liqasında I turun daha iki matçı baş tutub.
Sportal.az xəbər verir ki, günün ilk matçında "Neftçi" "Sumqayıt"la qarşılaşıb. Matç paytaxt klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Zirə" isə "Şəfa"nı sınağa çəkib. Burada meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.
Misli Premyer Liqası
I tur
16 avqust
"Sumqayıt" – "Neftçi" 1:3
Qollar: Nadir Orucov 67 - Breno 23,54, Tupta 31
Qırmızı vərəqə: Səbuhi Abdullazadə 74
Sumqayıt, “Socar Polymer Arena”
21:00 "Zirə" – "Şəfa" 2:0
Qol: Eren Aydın 40, İssa Cibrila,52
Zirə İdman Kompleksinin stadionu
