"İmişli" daha bir futbolçu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Nazim Hüseynovla əməkdaşlığına davam etdirmək istəməyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi kluba verdiyi töhfələrə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

