Tanınmış hücumçu Səudiyyə Ərəbistanı klubunda

20:09 - 17 Avqust 2026

"Ayntraxt"ın hücumçusu Mişi Batşuayi karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Abha" belçikalı forvardı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Transfer məbləği və 32 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mişi Batşuayi 2025-ci ilin fevralında 3 milyon avro qarşılığında "Qalatasaray"dan "Ayntraxt"a keçmişdi. Belçika millisinin sabiq üzvü 2025/26 mövsümündə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti