"Tvente" klubunun rəsmi saytı Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaqları oyundan əvvəl komandalar arasında əvvəlki matçları xatırladıb.
Sportal.az xəbər verir ki, niderlandlılar "Qarabağ"a qarşı iki fərqli mövsümdə keçirilmiş avrokubok görüşləri haqda bunları yazıb:
"Tvente" Azərbaycan klubu ilə yaxşı tanışdır. Bu komandalar Avropa yarışlarında üçüncü dəfə qarşılaşacaqlar. Cümə axşamı bu iki komandanın ilk görüşünün 17 ili tamam olacaq. Elə həmin il ilk matç “Qrols Veste” stadionunda baş tutmuşdu. "Qarabağ" 0:1 hesabı ilə irəlidə olsa da, Brayan Ruizin dublu və Duqlasın qolu "Tvente"nin 3:1 hesablı qələbəsini təmin etmişdi. Bir həftə sonra Azərbaycandakı matç 0:0 hesabı ilə başa çatdı və "Tvente" Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etdi.
2014-cü ilin avqust ayında püşkatma yenidən "Tvente" və "Qarabağ"ı rəqib etdi. Bu dəfə ilk görüş Bakıda baş tutdu. Evdə qolsuz heç-heçədən sonra cavab matçı "Qrols Veste"də 1:1 hesabı ilə başa çatdı. Azərbaycanlılar qrup mərhələsinə səfər qolları üstünlüyü ilə yüksəldilər.
Onu da qeyd edək ki, əvvəlki mövsümə hazırlıq çərçivəsində “Tvente” Avstriyada təlim-məşq toplanışı zamanı eyni gündə "Qarabağ"la iki yoldaşlıq oyunu keçirib(2:3, 2:1)".
